Tofiq Bəhramovun 100 illiyinə həsr olunmuş yubiley matçı keçirildi!
Əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə futbol veteranları və idman jurnalistləri arasında xüsusi matç təşkil edilib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyun Gənclər və İdman Nazirliyi ilə stadion rəhbərliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Matç öncəsi:
- Azərbaycan Dövlət Himni səsləndirilib
- Tofiq Bəhramov və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb
- T.Bəhramovun nəticəsi Bəhram Bəhramov topa simvolik toxunuş edib
Oyun nəticəsi:
Futbol veteranları 8:3 hesabı ilə qalib gəldi!
Azərbaycan futbolunun tarixi şəxsiyyətlərindən biri olan Tofiq Bəhramovun mirası daim yaşadılacaq!