"Şahdağ" Turizm Mərkəzində Heydər Əliyev Kuboku uğrunda xizək yarışı start götürdü

"Şahdağ" Turizm Mərkəzi və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku yarışlarına start verilib.
Turnirin açılış mərasimində Dövlət Himni səsləndirilib və yarış rəsmi olaraq açıq elan edilib. Müxtəlif yaş kateqoriyalarında yarışan 50 uşaq birincilik uğrunda mübarizəyə qoşulub.
