"SANTOS" NEYMARA GÖRƏ PSJ-DƏN 9 MİLYON AVRO ALACAQ

ESTAFET/ Bu haqda "Santos"un prezidenti Modesto Roma Junior məlumat verib. O bildirib ki, PSJ-dən olan həmkarları Neymarın transferi üçün kluba 9 milyon avro ödəyəcəklər. Xatırladaq ki, bu yay "Santos"un yetirməsi olan Neymar İspaniyanın "Barselona" klubundan Fransanın PSJ klubuna rekord - 222 milyon avroya transfer olunub.  


"Biz PSJ klubundan məktub almışıq. Klub gecikməyə görə üzr istəyib. Vurğulayıblar ki, bu məsələnin həll edilməsi üçün bir çox variantlar mövcuddur və onlar ödəmənin köçürülməsi üçün bütün tədbirləri görürlər. Bunlar futbolla əyləncə üçün məşğul olmayan çox ciddi insanlardır" - deyə Modesto Roma Junior xarici mətbuata açıqlama verib.