Azərbaycanın cüdo üzrə milli komandası Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edir
![](https://estafet.az/uploads/news/2025-02/_estafetaz_3de9a07e5a39faf9572dfd0f4_o.jpg)
Azərbaycanın cüdo üzrə milli komandası, hazırda Fransanın paytaxtı Paris şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Fevralın 3-dən etibarən, Paris Böyük Dəbilqə turnirinin dərhal ardından baş tutan hazırlıq prosesinə Azərbaycandan 33 idmançı qatılıb.
Bu təlim-məşq toplanışı, fevralın 6-na qədər davam edəcək və Bakı Böyük Dəbilqə turnirinə və digər yaxın beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
![](https://estafet.az/img/foto200x133.png)