Stolüstü tennisçilərimiz beynəlxalq yarışın qalibi olublar

Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində etimadı layiqincə doğruldublar.

U 15 kateqoriyasında yarışan idmançılar bu gün qarışıq-qoşa mübarizəsində final görüşunə çıxıblar. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada Türkiyə təmsilçilərinə 3:2 hesabı ilə qalib gələn idmançılarımız baş mükafata layiq görülüblər.

Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafat qazanmışdı.

Müəllif: Bəhruz MƏMMƏDOV