Azərbaycan tennisçisindən uğurlu start

ESTAFET/ Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə yeni mövsümə uğurla başlayıb.

Stolüstü Tennis Federasiyasından verilən xəbərə görə, milli üzvü Tunisin paytaxtında keçirilən "WTT Youth Star Contender Tunis 2026" turnirində parlaq nəticə göstərib.

U-15 yaş dərəcəsində mübarizə aparan idmançı qoşa yarışlarda almaniyalı həmkarı Lukas Vanq ilə birlikdə çıxış edib. Bütün görüşləri qələbə ilə başa vuran cütlük turnirin baş mükafatına layiq görülüb.

Quluzadə şəxsi yarışlarda da uğurlu çıxışını davam etdirir. Yarımfinala yüksələn idmançımız ən azı bürünc medalı artıq təmin edib.

Müəllif: Natiq NƏSİROV