Ferstappen Aston Martin barədə danışıb

ESTAFET/ Maks Verstappen ilk dəfə Aston Martin-in ona 1 milyard funt-sterlinqlik müqavilə təklif etməsi ilə bağlı mətbuatda yayılan xəbərləri açıq şəkildə şərh edib.
Hazırkı dünya çempionunun sözlərinə görə, onun həqiqətən də Aston Martin ilə əlaqələri olub, lakin bu, Formula 1 ilə bağlı olmayıb.
Maks Ferstappen: “Bu, çox puldur. Düzünü desəm, bu haqda ilk dəfə mətbuatda oxuyanda xəbər tutdum. Aston Martin ilə yeganə əlaqəm bu il üçün GT3 haqqında idi. Həqiqətən əlavə edəcəyim heç nə yoxdur. Mən maşın sürmək fikrində deyiləm, amma bu il öz komandamı qururam, ona görə də bəzi şeylər etmək lazımdır”.
Xatırladaq ki, düz bir il əvvəl gündəmə gələn “Horner işi” məsələsində niderlandlı sürücünün komandadan gedəcəyi barədə şayiələr yayılmışdı. Onun xidmətlərində maraqlı olan və bunu aşkar şəkildə bildirənlərdən biri də Mercedes-in rəhbəri Toto Volffdur.
Aston Martin-ə keçəcəyi ilə bağlı dedi-qoduların yaranmasının səbəblərindən biri də, şübhəsiz ki, Adrian Nyuinin də karyerasını orada davam etdirməsidir.
Kokpit.az
