“Daha yaxşı oyunlar göstərəcəyik”: Paolo Tofoli

ESTAFET/ “Azərreyl"in baş məşqçisi Paolo Tofoli qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 12-ci turunda "Murov Az Terminal"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
O, qələbəyə görə sevincli olduğunu bildirib:
"Bəzi səhvlərə baxmayaraq, qələbə qazanmağı bacardıq. Top qəbulunda və servis atışları zamanı voleybolçularımız ara-sıra səhvlər buraxırdılar. Bununla belə, qalib gələ bildik. "Murov Az Terminal"la matç bizim üçün önəmli idi. Qalib gələrək onları üstələmək istəyirdik. İkinci setin sonlarında dönüş nöqtəsini yarada bildik və oyunçuların baxımlı performansı sayəsində istəyimizə çatdıq. Qarşıdakı vaxtlarda daha yaxşı oyunlar göstərəcəyik".
"Azərreyl" - "Murov Az Terminal" görüşü birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
