“Teqbolu popular idman növünə çevirmək istəyirik” - Mirqiyas Sarıyev

Azərbaycanda yeni idman növü fəaliyyətə başlayır. Bu  son illərdə yaranmış və olduqca maraqlı olan teqbol oyunudur.

Yeni idman növü ilə bağlı News365.az-a danışan Azərbaycan teqbol idman klubunun rəhbəri Mirqiyas Sarıyev deyib ki, teqbol Macarıstanda Gabor Borsany tərəfindən yaradılıb:

“Hazırda o, Beynəlxalq Teqbol Federasiyanın (BTF) prezidentidir. Teqball futbolda istifadə edilən toplarla oynana bilən bir oyundur. Teqbal iki və ya dörd oyunçu tərəfindən oynana bilər. Teqbol matçı ən yaxşı üç dəstdən ibarətdir. Oyunçu (komanda) 12 xala çatana qədər hər set oynanılır. Hər oyunçunun (komandanın) uğurlu xidməti başa çatdırmaq üçün iki cəhdi var. Oyunçular (komandalar) hər dörd xaldan sonra xidməti dəyişirlər. Eyni bədən hissəsi ilə topa iki dəfə ardıcıl toxunmaq qadağandır. Eyni bədən hissəsi ilə topu iki dəfə ardıcıl olaraq geri qaytarmaq qadağandır. Bir oyunçuya əllər və qollar istisna olmaqla, bədənin istənilən hissəsinə maksimum 3 toxunuşla topu qaytarmağa icazə verilir. Cütlüklərdə komandanın maksimum 3 toxunuşu olur, lakin komanda yoldaşları topu ən azı bir dəfə bir-birinə ötürməlidir. Oynayarkən nə masaya, nə də rəqibə toxunmaq olmaz. Edgeball olduqda, ralli təkrarlanmalıdır”.

Müsahibimiz əlavə edib ki, teqbol yeni yaransa da Avropada kifayət qədər populyardır:

“Çalışırıq ki, bu idman növü ölkəmizdə də populyarlaşsın. Bunun üçün ilk növbədə orta məktəblərdə və idman komplekslərində təşviqatı gücləndirmək istəyirik. Daha sonra isə kupok yarışları təşkil etməyi düşünürük. Maraqlıdır ki, bu idman növünün tezliklə Olimpiya oyunları sırasına daxil ediləcəyi gözlənilir. Ona görə də biz çalışırıq ki, çox qısa zamanda bu idman növünü ölkəmizdə populyarlaşdıraq və hər kəsin sevdiyi bir idman növünə çevirmək istəyirik”.

Müəllif: Bəhruz MƏMMƏDOV