“Neftçi" "Abşeron"a qalib gəldi

ESTAFET/ Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib.

İlk olaraq A qrupunda bir oyun keçirilib.

"Neftçi" Bakı İdman Sarayında "Abşeron"la üz-üzə gəlib. Qarşılaşma "ağ-qaralar"ın 80:56 hesablı qələbəsi ilə yekunlaşıb.

Tura martın 1-də yekun vurulacaq.

Müəllif: Məsim MƏSİMZADƏ