Slot iki oyunluq cəzalandırıldı

ESTAFET/ İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot iki oyunluq cəzalandırılıb.

İngiltərə Futbol Assosiasiyasının mətbuat xidmətinin məlumatına görə, buna mütəxəssisin Premyer Liqanın 24-cü turunda baş tutan “Everton”la oyundan sonra hakimlərə qarşı nalayiq davranış sərgiləməsi və təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Matçın final fitindən sonra qırmızı vərəqə ilə cəzalandırılan məşqçi həmçinin 80 min avro cərimələnib.

Slot bu gün qarşılaşacaqları “Nyukasl”la 27-ci turun matçı ilə yanaşı, növbəti həftə “Sauthempton”la görüşdə də texniki zonada yer almayacaq. Hazırda “Liverpul” 64 xalla turnir cədvəlinə başçılıq edir.

Müəllif: Natiq NƏSİROV