OLİMPİYA MƏŞƏLİNƏ HÜCUM - VİDEO

ESTAFET/ Braziliyada Olimpiya məşəlinin yürüşü davam edir. Hər yürüş zamanı bir sıra qeyri-adi hadisələr baş verir və təəssüf ki, bu hadisələr adətən xöşagəlməzliklərlə yadda qalır. Növbəti yürüş də istisna olmayıb. Belə ki, bu dəfə Olimpiya məşəli hücuma məruz qalıb. Yürüş zamanı Olimpiya əleyhdarı olan bir nəfər alovsöndürənlə məşəli söndürməyə çalışıb. Lakin polislər buna mane olublar.
Qeyd edək ki, Rio-2016 Oyunlarının açılış mərasimi avqustun 5-də keçiriləcək.