PFL rəsmisi İtaliya klubunun oyununa təyinat aldı

ESTAFET/ Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov yeni təyinat alıb.
PFL-in rəsmi saytının xəbərinə görə, o, UEFA Konfrans Liqasının 1/8 final mərhələsində Yunanıstanda yerli "Panatinaikos" və İtaliyanın "Fiorentina" komandaları arasında keçiriləcək oyunda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma martın 6-da baş tutacaq.
