“Ordu” "Quba"ya, "Gəncə" "Sumqayıt"a qalib gəldi

ESTAFET/ Azərbaycan Basketbol Liqasının 15-ci turun növbəti oyunları keçirilib. Bu gün daha iki oyun baş tutub.
"Ordu" "Quba" komandasına qalib gəlib. B qrupunda baş tutan oyunda Alberto Blankonun rəhbərlik etdiyi kollektiv 103:68 hesablı qələbəyə sevinib.
"Gəncə" isə "Sumqayıt" səfərində qələbə qazanıb. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən B qrupunun oyununda qərb təmsilçisi 90:81 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun ötən gün baş tutan “Neftçi” - “Abşeron” matçı birincilərin 80:56 hesablı qələbəsi ilə yekunlaşıb.
