“Abşeron” uduzdu, “Azərreyl” qalib gəldi

ESTAFET/ Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü tura start verilib.

Bütün oyunlar eyni gündə keçirilib.

“Milli Aviasiya Akademiyası” "Abşeron"u, "Azərreyl" isə UNEC-i 3:0 hesabı ilə məğlub edib.

“Murov Az Terminal” səfərinə yollanan “Gəncə” kollektivi isə 3:2 hesablı qələbəyə sevinib.

Birinci və üçüncü matç Gənclər İdman Nazirliyinin Voleybol Mərkəzində, ikinci oyun isə UNEC Voleybol Klubunun idman zalında gerçəkləşib.

Müəllif: Bəhruz MƏMMƏDOV