"Abşeron" qadın voleybol komandası "Gəncə" üzərində qələbə qazanıb

Bu gün qadın voleybolçuların Yüksək Liqasında XI turun növbəti oyunu keçirilib. Gəncə İdman Sarayında baş tutan qarşılaşmada "Abşeron" komandası "Gəncə" klubunun qonağı olub. Gərgin mübarizə şəraitində keçən görüşdə qonaq komanda 3:1 (23:25, 22:25, 25:22, 23:25) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Yüksək Liqada növbəti oyunlar 19 və 22 fevral tarixlərində keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV