Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Millimizin üzvü oynadı, komandası məğlub oldu -
Millimizin üzvü oynadı, komandası məğlub oldu

ESTAFET/ Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

Milli komandamızın yarımmüdafiəçisi Emil Mustafayevin çıxış etdiyi “Çernomorets” evdə “Levıy Bereq”lə qarşılaşıb.

Meydana start heyətində çıxan Mustafayev 73-cü dəqiqədə əvəzlənib. Millimizin 23 yaşlı üzvü 53-cü dəqiqədə sarı vərəqə alıb. “Çernomorets” isə bu matçdan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Hazırda 15 xalı olan Odessa klubu turnir cədvəlində 15-cidir.

Müəllif: Bəhruz MƏMMƏDOV