AFFA-nın təşkil etdiyi məşqçi kurslarına yekun vurulub

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçirilən kurs ümumilikdə 3 gün davam edib. Kursun son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim edilib. Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə birlikdə təqdim ediblər.

Müəllif: Bəhruz MƏMMƏDOV