Yüksək Liqa: “AZERRAIL” “Gənclər” üzərində inamlı qələbə qazandı

Kişi voleybolçuların Yüksək Liqasında XII turun oyunu keçirilib.

Bu gün GİN-nin Voleybol Mərkəzində “AZERRAIL” və “Gənclər” komandaları üz-üzə gəliblər. XII turun son qarşılaşmasında “AZERRAIL” rəqibini 3:0 hesabı ilə məğlub edib.

Oyunun nəticəsi
Yüksək Liqa
3 mart
XII tur

“AZERRAIL” - “Gənclər” 3:0 (25:13, 25:18, 25:21)

Müəllif: Bəhruz MƏMMƏDOV