8-12 yaşlı şəhid və qazi övladları buz üzərində bacarıqlarını sınadılar

“İdman həftəsi” çərçivəsində martın 3-də Gənclər və İdman Nazirliyi tərəfindən şəhid və qazi övladları üçün buz üzərində əyləncəli master-klas təşkil olunub.
Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında keçirilən master-klasda 8-12 yaş arası uşaqlar iştirak ediblər. Onlar buz üzərində konkisürmə və digər aktiv fəaliyyətlərdə öz bacarıqlarını sınayıblar.
