Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Açıq idman günü” baş tutdu

“İdman həftəsi” çərçivəsində martın 5-də Gənclər və İdman Nazirliyi tərəfindən “Açıq idman günü” layihəsi keçirilib.
Nazirliyin qarşısında baş tutan layihədə xüsusi idman zonasında Azərbaycan İdman Akademiyasının tələbələri və nazirliyin əməkdaşları gün ərzində stolüstü tennis, basketbol, turnik, ağırlıqqaldırma və digər idman növləri üzrə qüvvələrini sınayıblar.
