Avropa Kəndirlə Mübarizə Federasiyasının nümayəndələri ilə görüş keçirilib

Martın 11-də Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov qonaqları salamlayaraq ölkəmizdə milli idman növlərinin inkişafı barədə məlumat verib. ETWF prezidenti Ralf Brauninger səmimi qəbula görə təşəkkür edib, səfər çərçivəsində keçirilən görüşlər və Abşeron Olimpiya İdman Kompleksində idmançılar, məşqçilər və hakimlər üçün təşkil olunmuş seminar haqqında danışıb.
Görüşdə həmçinin Azərbaycanda kəndirdartma idmanının inkişafı və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
