U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku start götürüb

17 yaşadək yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku başlayıb. Hövsan qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın ilk günündə 8 çəki dərəcəsində qaliblər bəlli olub.
Turnirdə 43 klub və idman cəmiyyətindən 334 cüdoçu (277 oğlan, 57 qız) mübarizəyə qoşulub.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir. Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.
Oğlanlar
-50 kq
1. Devid Mahmudov
2. Muhəmməd Səttarov
3. Əli Kazımzadə
3. Nazim Kamilov
-60 kq
1. Mehman Əsgərov
2. Elcan Quliyev
3. Allahşükür Cəbili
3. Mikayıl Qocayev
-73 kq
1. Yaqub Məmmədov
2. Nurlan Bəkirov
3. Cavid Hüseynli
3. Kənan Rəhimov
-90 kq
1. Xəzər Əmrahlı
2. Yusif Şahbazov
3. Bəxtiyar Yaqubov
Qızlar
-40 kq
1. Sunay Salamova
2. Zəhra Quliyeva
3. Sofiya Bıkova
-48 kq
1. Zəhra Mövləmverdiyeva
2. Zəhra Seyidzadə
3. Nigar Heydərzadə
3. Səkinə Zeynalova
-57 kq
1. Səma Vəlizadə
2. Xədicə Allahverdiyeva
3. Aynur Süleymanova
3. Xədicə Abbasova
-70 kq
1. Nəzrin Əzizova
2. İlahə Əzizzadə
