Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

“Sabah”ın qapıçısı Rauf Əyyubov zədələndiyi üçün onun yerinə “Neftçi”nin üzvü Məhdi Həsənov milliyə dəvət olunub.

Qeyd edək ki, U-17 martın 15-dən 25-dək Albaniyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Komandamız B Liqasının 6-cı qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV