Lando Norris Avstraliya Qran-prisində "pole position" qazandı

"Formula 1" üzrə Avstraliya Qran-prisində sıralama turunun qalibi müəyyənləşib.
"McLaren" komandasının britaniyalı pilotu Lando Norris ən sürətli dövrəni həyata keçirərək "pole position" əldə edib. Onun komanda yoldaşı Oskar Piastri ikinci yeri tutub, "Red Bull"un dünya çempionu Maks Ferstappen isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Melburn şəhərində keçirilən bu yarış 2025-ci il Formula 1 mövsümünün ilk Qran-prisidir. Azərbaycan Qran-prisi isə 19-21 sentyabr tarixlərində baş tutacaq.
