"NUR" "VİBORQ"A RƏQİB OLDU
ESTAFET/ Azərbaycan çempionu "Nur"un EHF kubokunun II təsnifat mərhələsindəki rəqibinin adı dəqiqləşib. Qadın həndbolçularımız Danimarkanın "Viborq" klubu ilə qarşılaşacaqlar.
Valeri Qonçarın rəhbərlik etdiyi legionerlərdən ibarət komanda oktyabrın 14-də və ya 15-də Mingəçevirdə, bir həftə sonra səfərdə oynayacaq.
Qeyd edək ki, "Viborq" yarışa II təsnifat mərhələsindən başladığı halda, "Nur" I raunddan mübarizəyə qoşulub. Təmsilçimiz İsveçin "Lugi" klubunu yarışdan kənarlaşdırıb.