“Pley-off öncəsi komandanı ən üst səviyyəyə çıxarmağa çalışacam” Evren Alkaya

Komandamızın baş məşqçisi Evren Alkaya “Neftçi” ilə matçı dəyərləndirib:
“Bu gün bizim üçün çətin matç oldu. Müdafiə planında səhvlər etdik. Çox rahat xallar itirdik. Bununla yanaşı, atmalı olduğumuz “üçlük”lərdən 9 faizini xala çevirə bildik. Belə olduqda geridə qaldıq. Bu da komandanın motivasiyasını və müdafiə dirəncini aşağı saldı. Müdafiədə çox bəsit səhvlər edirik. Bəlkə də oyunçularımın üst-üstə gələn məğlubiyyətlərdən sonra müdafiə dirənci zəiflədi. Amma təcili olaraq bunu düzəltməliyik. Çünki iki matç sonra pley-off oyununa çıxacağıq. Bu matçlarda komandanı ən üst səviyyəyə çıxarmağa çalışacam. Ancaq iki gün dincəlib ondan sonra məşqlərə təkrar başlayacağıq. Yeni oyunçularımızın adaptasiyası üçün bir hazırlıq məşqi daha keçirəcəyik.
Bu matçda çox hazır bir “Neftçi”yə qarşı aşağı səviyyədə “üçlük”lər və müdafiə səbəbindən məğlub olduq. Komandamızı düzəltməyə çalışacam”.
