Azərbaycanlı xizəkçilər Dünya Kubokunda ölkəmizi təmsil etdilər

4-5 aprel tarixlərində Xizək Alpinizmi üzrə milli komandanın üzvləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində keçirilmiş Xizək Alpinizmi üzrə Dünya Kubokunda iştirak ediblər.

Nəzrin Qəribova 21 ölkədən olan 62 idmançı arasında yarışın sprint növü üzrə  33-cü, Seyid Sədrəddinov isə 75 idmançı arasında 67-ci yerə sahib olublar. Yarışın mixed relay növüdə isə idmançılarımız 42 çütlük arasında 37-ci yerdə qərarlaşıblar.

Müəllif: Bəhruz MƏMMƏDOV