Xizək alpinizmi idman növü üzrə gənc idmançıların seçimi keçirilib

Azərbaycanda qış idman növlərinin inkişafı və bu idman növləri üzrə peşəkar idmançıların yetişdirilməsi məqsədilə avqustun 17-də Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi QSC-nin birgə təşkilatçılığı ilə xizək alpinizmi idman növü üzrə gənc idmançıların seçimi prosesi keçirilib.
Seçimlər Federasiya tərəfindən dəvət olunan beynəlxalq məşqçilər Patrik Kampays vəFilip Qayet tərəfindən həyata keçirilib.
Nəticələrə əsasən xizək alpinizmi komandasının B qrupuna 1 qız və 3 oğlan olmaqla 4 nəfər gənc idmançı - U20 kategoriyasında Anid Sultanov, U16 kategoriyasında Şamil Daşdəmirov və Bədəl Lalayev, U18 kategoriyasında isə Anqelina Maksakova seçilib.
