“Şahdağ” 2026 yarışlarına hazırlaşır: 10 kilometrlik xizək yolu çəkilir

2026-cı ilin mart ayında “Şahdağ”da keçiriləcək Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışları ilə əlaqədar olaraq yeni infrastruktur layihələrinin icrasına start verilib.
innews.media xəbər verir ki, bunu “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov bəyan edib. Onun sözlərinə görə, bu çərçivədə 10 kilometrlik yeni xizək yolunun inşası həyata keçirilir.
Turizm rəsmisi həmçinin bildirib ki, bu ilin sonuna qədər 124 nömrədən ibarət daha bir hotelin istifadəyə verilməsi planlaşdırılır. Mərkəz rəhbəri vurğulayıb ki, “Şahdağ” kompleksinin inkişafı və genişləndirilməsi mərhələli şəkildə davam etdirilir, görülən işlər davamlı xarakter daşıyır.
