Gələcəyin çempionları Serbiyaya yola düşdü - 18 idman növündə təmsil!

Aprelin 4-də Azərbaycan idman nümayəndə heyəti Serbiyada keçiriləcək ISF U15 Gimnaziada İdman Oyunlarında iştirak etmək üçün iki xüsusi reyslə yola düşüb.

Qeyd edək ki, aprelin 14-dək davam edəcək oyunlarda 18 idman növü üzrə ümumilikdə 191 idmançı idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş) və atletika (Priboy) üzrə ölkəmizi təmsil edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV