İlk medalımız ondan gəldi - Gimnaziada

ESTAFET/ Azərbaycan millisi Zlatoborda keçirilən U-15-lər arasında Gimnaziadada ilk medalını qazanıb.
Bu uğura sablya növündə qılıncoynadanımız Gəray Məmmədli imza atıb. O, bürünc medala yiyələnib.
Gəray Məmmədli 1/4 finalda komanda yoldaşı Abdulmalik Nəsibzadəyə 15:10 hesabı ilə qalib gəlib. O, yarımfinalda iranlı Məhəmmədmətin Şahidiyə uduzub (9:15). Bununla da idmançımız bürünc medalla kifayətlənib.
Digər idmançılarımız Abdulmalik Nəsibzadə və Nəcəf Şabanlı isə 1/4 finalda mübarizəni dayandırıb. (PROSport.az)
