Teplitse Avropa Kubokunda Azərbaycan cüdoçularından parlaq nəticə

ESTAFET/ Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə milli komandamız 7 medal qazanıb.

Nərmin Ağamirzadə (-48 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl medala yiyələnib. Gülşən Hüseynova (-44 kq) gümüş medalı boynundan asıb. Mədinə Hüseynova (-40 kq), Anar Quliyev (-50 kq) Röyal Qayıbov (-60 kq) və Əli Hümbətov (-66 kq) bürünc medalın sahibi olub.

Bu nəticələrdən sonra Azərbaycan ilk yarış gününü birinci pillədə tamamlayıb.

Qeyd edək ki, turnirdə 38 ölkədən 805 cüdoçu qüvvəsini sınayır.

Müəllif: Natiq NƏSİROV