3x3 basketbolda ilk mərhələ tamamlandı - RİOEUGİM 2 çempionluğa doğru!

3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”da ilk mərhələnin qalibi RİOEUGİM 2 komandasıdır

7-8 aprel Bakı İdman Sarayında 3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”da ilk mərhələnin oyunları keçirilib. İlk mərhələnin final oyununda RİOEUGİM 2 komandası 21-10 hesabı ilə "Neftçi"yə qalib gələrək mərhələnin qalibi olub. Final oyunun ən dəyərli basketbolçusu (MVP) RİOEUGİM 2 komandasından Leyla Allahverdiyeva seçilib.

Qeyd edək ki, liqanın turnir cədvəlinə əsasən yekunda ilk 6 pilləni tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.

Müəllif: Məsim MƏSİMZADƏ