Bakıda keçirilən Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşdi

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri müəyyənləşib. Milli Gimnastika Arenasında təşkil olunan turnirin ikinci günündə 39 ölkədən gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük proqramı üzrə çıxış ediblər.
Çoxnövçülük üzrə fərdi proqramda İtaliya təmsilçisi Sofia Raffaelli qızıl medala sahib çıxıb. Ukraynalı Taisia Onofriçuk gümüş, Bolqarıstan gimnastı Stiliana Nikolova isə bürünc medal qazanıb.
Qrup hərəkətləri proqramında isə Bolqarıstan komandası birinci yeri tutub. Çin ikinci, Ukrayna isə üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, turnirə aprelin 19-da start verilib və yarışlara aprelin 20-də yekun vurulacaq. Ənənəyə uyğun olaraq, yarışın sonunda ən yüksək icra xalını toplamış fərdi gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
