Akrobatlarımız Avropa çempionatında tarix yazdı - 8 medal, 1 “Shooting Star”!

16–20 aprel tarixlərində Lüksemburqda keçirilən Akrobatika gimnastikası üzrə Avropa çempionatı Azərbaycan idmanı üçün tarixi uğurlarla yadda qalıb. Milli komandamız yarışlarda yüksək nəticələr göstərərək ümumilikdə 8 medal qazanıb!

Qızıl medal:

Qarışıq cütlük: Raziyə Seyidli və Ağasif Rəhimov – 28.980 xal (temp hərəkətləri)

Gümüş medallar:

Kişi cütlüyü:

Murad Rəfiyev və Daniel Abbasov – 28.570 xal (balans hərəkətləri)

27.730 xal (temp hərəkətləri)

84.600 xal (çoxnövçülük)

Kişi qrupu: Seymur Cəfərov, Abdulla Əl-Məşayxi, Riad Səfərov və Rəsul Seyidli – 28.020 xal (temp hərəkətləri)

Bürünc medallar:

- Kişi qrupu: 27.830 xal (balans hərəkətləri)

Qadın qrupu:

- Zəhra Rəşidova, Nəzrin Zeyniyeva, Anahita Bashiri – 27.620 xal (temp hərəkətləri)

- Diana Məmmədova, Safiya Babayeva və Firuzə Qasımzadə – 83.790 xal (çoxnövçülük)

Bu möhtəşəm nailiyyətlə gimnastika tariximizdə ilk dəfə olaraq həm qadın, həm də kişi qruplarımız Avropa çempionatında medal qazanaraq yeni səhifə açdılar.

Yarışda fərdi çıxışları ilə seçilən Ağasif Rəhimov Avropa Gimnastikası tərəfindən “Shooting Star” mükafatına layiq görülüb.

Milli komandamızı bu uğurlar münasibətilə təbrik edir, gələcək yarışlarda da eyni əzm və uğurla çıxışlar arzulayırıq!

Müəllif: Bəhruz MƏMMƏDOV