Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başlanıb

Bu gün veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib.
“Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı yaş qrupunda, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparırlar. Budəfəki çempionata 60-a yaxın iştirakçı qatılıb. Onlar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşdirəcəklər.
Azərbaycan çempionatına sabah yekun vurulacaq.
