Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa catıb

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına yekun vurulub.
“Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparıblar. 60-a yaxın iştirakçının qatıldığı çempionatda bütün rəqiblərini ustələyən Vaqif Məmmədov, Yaşar Mövlanov, Məzahir Həsənov, Muxtar Ağazadə və Marina Kuvayeva şəxsi mübarizədə baş mükafata layiq görulüb. Zaur Mikayılovla Mahir Cəbiyev tandemi isə qoşa yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fərqlənən iştirakçılar Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıb.
