Bakı Ali Neft Məktəbində sonuncu kurs tələbələri ilə akademik və inzibati heyət arasında ənənəvi vida futbol oyunu baş tutub

Görüş Bibiheybət kampusundakı açıq futbol meydançasında keçirilib. Oyun tələbə-müəllim münasibətlərinin gücləndirilməsi, sosial inteqrasiya və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyıb.
Simvolik qarşılaşmada əməkdaşlar 7:4 hesabı ilə qalib gəliblər. Oyunda komanda ruhu, əməkdaşlıq və idman mədəniyyəti ön planda olub.
