MİLLİMİZ İLK SINAQDAN ÜZÜAĞ ÇIXDI: AVRO-2017
ESTAFET/ Bu gün Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avro-2017-yə start verilib.
A qrupunda yer alan millimiz ilk turda Macarıstan millisi ilə qarşılaçıb və görüş Faiq Ağayevin yetirmələrinin 3:0 hesablı qələbis ilə yekunlaşıb.
Avro-2017, Qrup mərhələsi
A qrupu, I tur
Azərbaycan - Macarıstan 3:0 (25:23, 25:14, 25:16)
Hakimlər: Harald Sodya (Avstriya), Jakub Nederhoed (Hollandiya)
Bakı. Milli Gimnastika Arenası
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
Baş məşqçi: Faiq Qarayev
Macarıstan: 1. Qreta Szakmari, 2. Fruşina Tot, 3. Renata Şpin, 5. Kata Czina, 8. Jujanna Talas, 9. Bernadett Dekani, 11. Nikolett Sus, 13. Lilla Villam, 14. Edina Dobi, 15. Rita Liliom, 16. Viktoriya Naqi, 17. Reka Bleyçer, 21. Kata Török
Baş məşqçi: Alberto Salomoni