Ferstappen Mayami Qran-prisinin sıralama turunda lider oldu

Formula 1 üzrə 2025-ci il dünya çempionatının altıncı mərhələsi olan Mayami Qran-prisində sıralama turunun qalibi Maks Ferstappen olub.
innews.media xəbər verir ki, “Red Bull” komandasının niderlandlı pilotu ən sürətli dövrə nəticəsi ilə poul mövqeyini təmin edib. Onun ardınca “McLaren”in britaniyalı pilotu Lando Norris ikinci yeri tutub. Üçüncü nəticəni isə “Mercedes”in gənc italiyalı sürücüsü Kimi Antonelli göstərib.
Qeyd edək ki, Lando Norris bundan öncə Mayami mərhələsində keçirilən sprint yarışında birinci olmuşdu və çempionatdakı mövqeyini gücləndirmişdi.
Mayami Qran-prisinin əsas yarışı bu gün baş tutacaq. Nəticələr çempionatın ümumi gedişatına ciddi təsir göstərə bilər.
