VELOSİPED İDMANI MƏŞQÇİLƏRİ ÜÇÜN TEXNİKİ TƏLİM KURSU

ESTAFET/ 18 iyul tarixində Milli Olimpiya Komitəsi, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Beynəlxalq Velosipedçilər İttifaqı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə “Məşqçilər üçün texniki təlim kursu” başladı.

 

Layihənin əsas məqsədi beynəlxalq dərəcəli velosiped idmanı məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Velosipedçilər İttifaqı tərəfində müvafiq proqram üzrə seçilən təlimçi Elnarə Musayeva tərəfindən keçirilir. Təlim nəzəri və praktiki məşğələlərdən ibarətdir.

 

Layihədə ümumilikdə 17 məşqçi iştirak edir. Sonda təlim iştirakçılarına beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq. 

 

www.noc-aze.org