"Sabah" çempionluğun bir addımlığında

11 may Azərbaycan Basketbol Liqasında (ABL) "Sabah"-"Neftçi" final super seriyasının 5-ci oyunu baş tutub.

Bakı İdman Sarayında keçirilən oyuna "Sabah" basketbolçuları üstün başlayıblar və yekunda "Neftçi" üzərində 107-89 hesablı qələbəyə seviniblər. Bu qələbə ilə birlikdə "Sabah" final seriyasında ümumi hesabı 3-2 edib.

Qeyd edək ki, final seriyasının 6-cı oyunu 14 mayda oynanılacaq. Super seriyada ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25-ci illər mövsümünün çempionu olacaq.

Müəllif: Məsim MƏSİMZADƏ