28 May - Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək

Mayın 28-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək.
Veloyürüşə saat 11:00-da Veloparkdan (Şıxov) start veriləcək. Yürüş iştirakçıları Velopark – Bibiheybət məscidi – Su İdmanı Sarayı – Dövlət Bayrağı Meydanı marşrutu üzrə 7 km məsafə qət edəcəklər. Tədbirdə iştirak sərbəstdir.
28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş
Tarix: 28 may
Start: 11:00
Marşrut: Velopark – Bibiheybət məscidi – Su İdmanı Sarayı – Dövlət Bayrağı Meydanı
