SİNQAPUR QRAN PRİSİ 2017 - FORMULA 1

ESTAFET/ Bu gün Formula 1 üzrə Dünya çempionatında mövsümün on dördüncü mərhələsi olan Sinqapur Qran Prisi başa çatıb. Marina-Bey trasında Hemilton mövsümdə 7-ci qələbəsini rəsmiləşdirib və demək olar ki, böyük ölçüdə çempionluğun taleyini həll edib. Hansısa möcüzə baş verməsə ingilis pilot mövsümün yekununda çempionluğu bayram edəcək.

 

Yürüş özü isə bir çox gərgin anlarla yaddaşlara həkk oldu. İstər startda baş verənlər, istərsədə yarış boyu təbii və maddi maneələr yürüşə rəng qatdı.    

 

FORMULA-1: SINGAPORE AIRLINES GRAND PRIX 2017

Tarix

Trass

Dövrə uzunluğu

Dövrə sayı

Məsafə

15-17.09.2017

Marina-Bey

5 065 m

58

293.633 km

QARANLIQ, YAĞIŞLI. HAVA +28 C, TRASS +32...30 C

 

Mərhələni qeyd etdiyimiz kimi, "Mercedes" komandasının piloti Lyuis Hemilton 2:03.23.544 vaxt göstəricisi ilə qalib bitirib. Finiş xəttini "Red Bull"un avstraliyalı pilotu Daniel Rikkardo +4.507 saniyə geriliklə ikinci, digər "mercedes"li Valtteri Bottas isə +8.800 saniyə geriliklə üçüncü sırada keçiblər.       
 
 
Mərhələnin ən yaxşı dövrəsini "Mercedes"in ingilis pilotu Lyusi Hemilton edib: 1:45.008 (55-ci dövrədə 173.643 km.s)
 
Yürüşün nəticələri: 
Pilot Komanda Vaxt Sürət  Pit 
1  Hemilton  Mercedes  2.03.23.544  142.780  4 
2  Rikkardo  Red Bull  +4.507  142.693  5 
3  Bottas  Mercedes  +8.800  142.610  4 
4  Sayns  Toro Rosso  +22.822

 142.341

 4 
5  Peres  Force India  +25.359  142.292  5 
6  Palmer  Renault  +27.259  142.256  5 
7  Vandorn  McLaren  +30.388  142.196  5 
8  Stroll  Williams  +41.696  141.980  4 
9  Qrojan  Haas  +43.282  141.950  4 
10  Okon  Force India  +44.795  141.921  6 
11  Massa  Williams  +46.536  141.888  6 
12  Verlyayn   Sauber  +2 dövrə  136.247  6 
 
 
MÖVSÜMÜN 14 MƏRHƏLƏSİNDƏN SONRAKI SIRALAMALAR
 
Şəxsi birincilik - TOP 10
Pilot Ölkə Komanda Xal
1  Hemilton  Mercedes AMG 263
2  Fettel
 Scuderia Ferrari  235
3  Bottas
 Mercedes AMG  212
4  Rikkardo  Red Bull Racing 162
5  Raykkonen  Scuderia Ferrari 138
6  Ferstappen  Red Bull Racing 68
7  Peres
 Sahara Force India 68
8  Okon  Sahara Force India  56
9  Sayns  Scuderia Toro Rosso 48
10  Hyulkenberq  Renault Sport 34
 
 
Konstruktorlar (Mühərrik) Kuboku - TOP 5
   Komanda  Mühərrik  Xal
 1   Mercedes AMG Petronas  Mercedes 475
 2   Scuderia Ferrari  Ferrari 373
 3   Red Bull Racing  TAG Heuer 230
 4   Sahara Force India  Mercedes 124
 5   Williams Martini Racing  Mercedes 59