Millimiz Farer adalarına yollandı

ESTAFET/ Gümüş Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi 3-cü tura ev sahibliyi edəcək Farer adalarına yola düşüb.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Turnirin iyunun 20-22-də baş tutacaq üçüncü turunda Azərbaycan yığmasının rəqibləri Farer adaları və Avstriya komandaları olacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV