Millimiz Lüksemburqa məğlub oldu

ESTAFET/ Kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyunlarını keçirib.

Gümüş Avropa Liqasında Lüksemburqla qarşılaşan yığma rəqibinə 0:3 hesabı ilə uduzub.

Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda daha əvvəl İsveçə uduzub (0:3), Gürcüstan seçməsini isə məğlub edib - 3:0.

Müəllif: Bəhruz MƏMMƏDOV