UEFA-dan “Qarabağ”a ödəniş

ESTAFET/ UEFA 2024/2025 mövsümündə avrokuboklarda iştirak edən “Qarabağ” klubuna ödəniş edib.

AFFA-nın rəsmi saytında verilən məlumata görə, Ağdam təmsilçisinə 753.608 (yeddi yüz əlli üç min altı yüz səkkiz) avro ödənilib.

Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Müəllif: Orxan NOVRUZOV