Futbolçularımız finalda - III MDB Oyunları

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası III MDB Oyunları çərçivəsində ikinci oyununa çıxıb.

A qrupunda yer alan U-16 komandamız Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Oyun millimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Tunar Bayramov (53-cü dəqiqədə), Əli Bəşirov (70 və 75-ci dəqiqələr) və Roman Fərzəli (79-cu dəqiqə) rəqib qapısından keçiriblər.

Beləliklə, komandamız finala vəsiqə qazanıb.

U-16 millimiz finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV