“Şamaxı”nın futbolçusu əməliyyat olundu

ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Şamaxı”nın yarımmüdafiəçisi Edqar Adilxanov bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi “Viszera Munich” klinikasında professor, doktor Riçard Merkle tərəfindən ikitərəfli qasıq yırtığı səbəbindən uğurlu əməliyyat keçirib.
Bildirilir ki, futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.
